AZ

ADY-nin “Bilik Ekspresi” səyyar təlim qatarı istifadəyə verildi

Bakı.Trend:

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC-nin (ADY) insan kapitalının inkişafı istiqamətində həyatakeçirdiyi təlim və inkişaf strategiyası çərçivəsində mobil təlimplatforması olan səyyar təlim qatarı – “Bilik Ekspresi” istifadəyəverilib.

Trend xəbərverir ki bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dənbildirilib.

Layihənin əsas məqsədi regionlarda fəaliyyət göstərən strukturbölmələrin əməkdaşlarının peşəkar bilik və bacarıqlarınınartırılması, fərdi inkişaflarının dəstəklənməsi və karyerairəliləyişlərinə şərait yaradılması, həmçinin “Bilik Ekspresi”vasitəsilə təlim və inkişaf imkanlarının daha geniş coğrafiyadaəlçatan edilməsidir.

ADY “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azadolunmuş ərazilərdə görülən işlərə dəstəyini davam etdirərək “BilikEkspresi” layihəsinin ilk mərhələsini məhz Ağdam şəhərində həyatakeçirib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində keçiriləntədbir zamanı ADY-nin həmin ərazidə çalışan əməkdaşları üçünstansiyalarda hərəkət sahəsi üzrə işin təşkili mövzusunda təlimlərtəşkil olunub. Bununla yanaşı, ADY-nin korporativ dəyərləri və etikdavranış kodeksi ilə bağlı maarifləndirmə sessiyalarıkeçirilib.

Həmçinin bu mobil platforma vasitəsilə ADY tərəfindən AğdamDəmir Yolu və Avtovağzal Kompleksinin fəaliyyətinin təşkili vəyerli əhalinin məşğulluğunun təmin olunması istiqamətində tədbirlərkeçirilib, iş yerlərinin komplektləşdirilməsi üçün yerli sakinlərləgörüşlər və ilkin seçim mərhələləri təşkil edilib.

2024-cü ildə layihələndirilən və üç vaqondan ibarət olan “BilikEkspresi” qatarının birinci vaqonu eyni vaxtda 27 nəfərin təlimkeçməsi üçün nəzərdə tutulmuş tədris sinfindən ibarətdir, ikincivaqon 12 nəfərlik təlim otağından ibarət olmaqla istirahət zonasıvə mətbəxlə təmin olunub, üçüncü vaqon isə təlimçilərin və texnikiheyətin fasiləsiz fəaliyyət göstərməsi üçün yataq yerləri ilə təminolunub.

“Bilik Ekspresi” Ağdam şəhərindən sonra Bərdə və Yevlaxrayonlarında fəaliyyətini davam etdirib, bu bölgələrdə çalışandəmiryolçular üçün təlimlər keçirilib və işə qəbul məqsədilənamizədlərlə görüşlər təşkil olunub.

“Bilik Ekspresi” 2025-ci ilin sonunadək digər rayonlarda dafəaliyyət göstərəcək və bu müddət ərzində həm təlim, həm də işəqəbul prosesləri geniş miqyasda həyata keçiriləcək.

Təlim və inkişaf proseslərinin ayrılmaz hissəsinə çevriləcək butəşəbbüs ADY-nin transformasiya və dayanıqlı inkişaf baxımındaninsan resurslarına verdiyi önəmi bir daha nümayiş etdirir.

ADY-nin uzunmüddətli strateji prioritetlərindən biri insanresurslarının inkişafıdır və bu strategiya şəffaf işə qəbulproseslərinin həyata keçirilməsi, əməkdaşların xidmətifəaliyyətinin yüksəldilməsi və karyera inkişafının dəstəklənməsi,rəqəmsal insan resursları idarəetmə sistemlərinin tətbiqi kimiistiqamətləri əhatə edir. ADY həmçinin insan kapitalına sərmayənidayanıqlı inkişafın əsas təməli kimi qəbul edərək hər bir əməkdaşınpeşəkar inkişafını dəstəkləyir.

ADY-nin
ADY-nin
ADY-nin
ADY-nin
Seçilən
10
17
az.trend.az

10Mənbələr