Sabah Bakının Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə iyunun 20-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu üzrə Xaşa-Xuna bağlarının, Sabunçu rayonu üzrə isə N.İsmayılov, Sülh, Ərəblinski, R.Axundov, N.İsmayılov küçələrinin təchizatında müvəqqəti fasilə yaranacaq.