AZƏRTAC xəbər verir ki, A.Bakuvini partiya sədri seçilməsi ilə əlaqədar təbrik edən Prezident Administrasiyasının şöbə müdiri ölkəmizdə siyasi müstəvidə sağlam əməkdaşlıq mühitini təşviq edən siyasi dialoqda partiyanın bundan sonra da fəal iştirakına ümid etdiyini bildirib.
Görüş zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan çoxsahəli islahatlar, əldə olunmuş tarixi Qələbə, uğurla icra olunan Böyük Qayıdış Proqramı, sağlam iqtidar-müxalifət münasibətlərinin dəstəklənməsinin vacibliyi, konstruktiv əməkdaşlıq əlaqələrinin inkişafı, Azərbaycana qarşı aparılan informasiya müharibəsində siyasi partiyaların fəal mövqe sərgiləməsinin əhəmiyyəti və digər bu kimi məsələlər barədə danışan Administrasiya rəsmisi dünyada müşahidə olunan münaqişələr və mürəkkəb proseslər fonunda milli həmrəyliyin qorunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulayıb.
Eyni zamanda, görüş çərçivəsində cəmiyyəti düşündürən məsələlər ilə bağlı siyasi partiyalar ilə açıq müzakirələrin aparılması məqsədilə təşkil olunan müxtəlif tədbirlər haqqında fikir mübadiləsi aparılıb və bundan sonra da mövcud təcrübənin inkişaf etdiriləcəyi bildirilib.
Son dövrdə görülən məqsədyönlü işlər nəticəsində siyasi partiyaların ölkənin siyasi-ictimai həyatında artan rolunu qeyd edən A.Bakuvi sədrlik etdiyi partiya üçün milli maraqların və dövlətçilik mövqeyinin qorunmasının hər zaman prioritet təşkil edəcəyini vurğulayıb.
8Mənbələr
-
yeniazerbaycan.comDövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq ( 18441196)
-
busaat.azƏdalət Vəliyev: Siyasi dialoqda fəal iştirak mühüm əhəmiyyət daşıyır ( 18425209)
-
pravda.azDövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq ( 18422383)
-
azertag.azDövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq ( 18420535)
-
azvision.azPA-nın şöbə müdiri Vəhdət Partiyasının yeni sədri ilə görüşüb ( 18419800)
-
xalqqazeti.azDövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq ( 18418924)
-
demokrat.azDövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq ( 18418567)
-
azertag.azDövlət və cəmiyyətin inkişafı naminə siyasi əməkdaşlıq ( 18417160)