AZ

Son dəqiqə! İsrail -İran savaşında Azərbaycanın MÖVQEYİ 

İsraillə İran arasında münaqişə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda, yerli əhali arasında itkilərin, sosial infrastrukturun dağıdılması halları qaçılmazdır.


Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib. Azərbaycanın İsrailə bu mesajı İsrail dövləti tərəfindən necə qarşılanacaq? 


Mövzu ilə bağlı siyasi şərhçi Saila Salahova Referans-a açıqlamasında bildirib ki, İsrail və İran arasında başlayan müharibə artıq günlərdi davam edir. Son məlumatlara görə, İran növbəti dəfə İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib. Nəticədə Bat Yam və digər şəhərlərdə 14 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. İsrail isə cavab olaraq “Operation Rising Lion” əməliyyatı çərçivəsində Tehranda yerləşən hərbi və strateji obyektləri hədəfə alıb. İran tərəfi hücumlar nəticəsində onlarla insanın həyatını itirdiyini açıqlayıb. Müharibənin regionda daha geniş qarşıdurmaya çevrilməməsi üçün beynəlxalq təşkilatlar və G7 liderləri diplomatik səyləri artırmağa çağırıb.




Siyasi şərhçi onu da bildirib ki, hazırda bölgədəki vəziyyətə münasibət bildirmək çətindi amma onu qeyd edə bilərəmki Azərbaycan regionda baş verən hadisələri diqqətlə izləyir və münaqişənin genişlənməsinin qarşısının alınması üçün diplomatik təşəbbüslərin gücləndirilməsini dəstəkləyir. Azərbaycan hər zaman regional sabitliyin və təhlükəsizliyin tərəfdarı olub və indiki şəraitdə bütün tərəflərin sülh və dialoqa üstünlük verməsi bəzi Erməni saytlarının yaydığı məlumatlar həqiqəti əks etdirmir.



"Azərbaycan qonşuluqda baş verən hadisələri öz maraqları üçün fürsət kimi qiymətləndirmir və Zəngəzur dəhlizinin açılmasının yalnız bütün region ölkələrinin iştirakı ilə, iqtisadi anlaşma və sülh yolu ilə həyata keçirilməsinin tərəfdarıdır. Azərbaycan bölgədə yaranan hərbi-siyasi vəziyyətdən öz sərhədlərinə və iqtisadi layihələrinə təsir ehtimalını nəzərə alaraq, bütün ehtiyat tədbirlərini gücləndirir və prosesləri diqqətlə izləyir",- deyə Saila Salahova qeyd edib.


Bünyamin Bünyadzadə 

Referans

Seçilən
3
referans.az

1Mənbələr