AZ

İranın nüvə obyektlərinin bombalanması "Çernobla bənzər fəlakətə səbəb olmayacaq"

Viktoriya Gill

Elmi müxbir

Hədəf İranın nüvə proqramı olduğu üçün, elə hücumlar zamanı da əsas diqqət uranı zənginləşdirən obyektlərə yönəlib.

Bu zavodları zədələmək Çernobl və ya Fukusimadakı fəlakətlər kimi "nüvə hadisəsi" riski daşımır, ekspertlər BBC News-a bildiriblər.

Səbəbi isə odur ki, uranı zənginləşdirmə zavodlarında nüvə reaksiyası baş vermir.

Nüvə stansiyalarının reaktorlarında uran atomları idarə olunan parçalanma reaksiyasında bölünür ki, bu da uran yanacağından daha radioaktiv olan enerji və tullantı məhsulları üçün istilik yaradır.

Digər bir tərəfdən uranı zənginləşdirmə zavodları sadəcə yanacaq istehsal edir.

Banglor Universitetindən Simon Middleburgh izah edir ki, əgər zənginləşdirmə zavodu bombalanmaya məruz qalsa, "zənginləşdirilən uran obyektdən atılacaq – mümkündür ki, ətraf mühitə..

Lakin çətin ki, bu zaman hansısa nüvə reaksiyası baş verə, üstəlik zərər yerli olacaq və zavodun ətrafını əhatə edən bölgədən başqa ərazilərə hər hansı radoloji risk təşkil etməyəcək.

Seçilən
46
bbc.com

1Mənbələr