AZ

Ölkədə taxıl sahələrindən 900 mindən çox ton məhsul toplandı

BAKI, 19 iyun. TELEQRAF

Taxıl zəmilərindən 900 mindən çox məhsul yığılıb, arpa sahələrinin 55 faizi biçilib.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, ölkə üzrə taxıl sahələrinin 30 faizi artıq biçilib. Buğda sahələrinin 8,6 faizi, arpa sahələrinin isə 55,3 faizi biçin mərhələsini tamamlayıb. Buğda üzrə orta məhsuldarlıq 34,7 sentner/hektar, arpa üzrə isə 32 sentner/hektar təşkil edib. Taxıl üzrə orta məhsuldarlıq göstəricisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 sentner/hektar artıb.

Bugünədək sahələrdən 904 min ton məhsul yığılıb. Hazırda respublikanın 50 rayonunda aktiv biçin prosesi davam edir. Biçinə ümumilikdə 1 534 kombayn cəlb olunub. Onlardan 585-i “Aqroservis” ASC-yə, 949-u isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.

Qeyd edək ki,Ağdam, Bərdə, Füzuli, Cəlilabad, Lənkəran, Neftçala, Saatlı, Sabirabad, Salyan və Yevlax rayonlarında arpa biçini demək olar ki, tamamlanmaq üzrədir. Bu rayonlarda arpa sahələrinin 90 faizindən çoxu biçilib. Bir çox rayonlarda isə arpa biçini ilə yanaşı, buğda biçininə də start verilib. Hazırda ən çox buğda biçini Yevlax (86%) və Masallı (33%) rayonlarında aparılıb.

Xatırladaq ki ki, respublikada gələn həftədən buğda sahələrində kütləvi biçinə başlanacaq. Ümumilikdə, biçin prosesinin optimal müddətdə başa çatdırılması proqnozlaşdırılır.

Seçilən
25
6
teleqraf.com

6Mənbələr