2022-ci ildə Andrew Benin tərəfindən yaradılan “Graza” adlı zeytun yağı brendi, sadə bir gündəlik məhsulu yüksək gəlirli biznesə çevirməyi bacardı.
NOCOMMENT.az xəbər verir ki, “Graza” yalnız iki məhsulla — bişirmə üçün “Sizzle” və tamamlayıcı yağ olan “Drizzle” ilə bazara daxil oldu.
Bu strategiya həm məhsul idarəsini sadələşdirdi, həm də müştəridə brendin aydın yadda qalmasını təmin etdi. Satış yalnız şirkətin veb saytı və məhdud kanallar üzərindən aparıldı ki, bu da distribütor mərhələsini aradan qaldıraraq daha yüksək mənfəət marjası yaratdı.
Brendin əsas fərqləndirici xüsusiyyəti – ənənəvi şüşə qablaşdırmadan fərqli olaraq, sprey tipli sıxılabilən butulka istifadə etməsi idi. Bu yanaşma, məhsulun istifadəsini asanlaşdırmaqla yanaşı, vizual olaraq da onu digər yağlardan ayırdı.
Ən diqqətçəkən tərəf odur ki, “Graza” heç bir ənənəvi reklam kampaniyasına pul xərcləmədi. Blogerlərə nümunələr göndərilərək məhsul sosial mediada viral oldu. Bu strategiya nəticəsində ilk ildə satış həcmi 5 milyon dollara (təqribən 8.5 milyon manat) çatdı. Hazırda isə hər 30 saniyədə bir butulka satılır və brendin bazar dəyəri 240 milyon dollardan (təqribən 408 milyon manat) çoxdur.\\Valyuta.az