AZ

Ermənilərin daha bir oğurluğu Video

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

Aparıcı Leyla Mustafayeva erməni müğənnisi Hoviqin "Qal sənə qurban" Azərbaycan mahnısını oğurlaması ilə bağlı paylaşım edib. 

Axşam.az xəbər verir ki, Hoviq mahnını yunan dilində oxuyub və ona "hara gedir" adını qoyub. Leyla həmin görüntüləri yayımlayaraq, bunları yazıb:

"Yutubda bir video izləyərkən qarşıma bu çıxdı. Mahnı tanış gəldi, qulaq asdım. Bu mahnı bəstəkar Ələkbər Tağıyevin şair Mikayıl müşviqin sözlərinə bəstələdiyi  "Qal sənə qurban" mahnısıdır. İllər əvvəl müəllif hüququ bunu Azərbaycan mahnısı kimi təsdiqləyib. Ermənilər dəfələrlə oğurlayıb və öz adından verib.

İndi də erməni və yunan müğənnisi Hoviq oxuyub, yutubda paylaşıb və altından yazıb ki, erməni xalq mahnısı. Müəllif Hüquqları bunu diqqətə alsın. Hələ də bizim olanı mənimsəyirlər".

Qeyd edək ki, mahnı ilk dəfə 1968-ci ildə Xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
axsam.az

3Mənbələr