Tərəflər görüş zamanı təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, fakültələr və tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr və həyata keçirilən layihələr, tələbə mübadilə proqramlarında iştirak, elmi tədqiqat fəaliyyəti və tələbələr üçün yaradılan imkanlar barədə məlumat veriblər. Mümkün əməkdaşlıq istiqmətlərinin müzakirə olunduğu görüşdə həmçinin ikili diplom proqramlarının yaradılmasına dair fikir mübadiləsi aparılıb.
Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkli çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31