Sloveniyanın "Çelye" klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Azərbaycan təmsilçisi "Sabah"ı hərtərəfli təhlil edəcək.
Rekord.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Albert Riera klubun rəsmi saytına müsahibəsində deyib.
Mütəxəssis bu raundun püşkatması ilə bağlı fikirlərini bölüşüb:
"Unutmaq olmaz ki, hər komanda daxili çempionat və ya kubok vasitəsi ilə bu turnirə vəsiqə qazanır. Bu da onların ciddi rəqib və müəyyən keyfiyyətlərinin olması deməkdir. İlk rəqibimiz "Sabah" olacaq. Hələlik bu matçlara zamanınız var. Rəqibi hərtərəfli təhlil edəcəyik. Biz özümüzə inanırıq. Çünki ötən mövsüm keyfiyyətli rəqiblərə qarşı yaxşı mübarizə aparmışıq".
Qeyd edək ki, “Sabah” “Çelye”yə qarşı ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.