AZ

Cahid Şahbazov gənc qızın gözünü iflic etdi

Cahid Şahbazovun əməliyyat etdiyi qadının sol gözü iflic olub.

Publika.az xəbər verir ki, şikayətçi bununla bağlı videomüraciət edərək, ölkə başçısından kömək istəyib.

O müraciətində deyir:

“Sizdən çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Mənim artıq bir ildən çoxdur ki, “Kaspian Hospital”da işləyən göz həkimi Cahid Şahbazov tərəfindən aparılan yanlış göz müayinəsi, təyin olunan yanlış göz xəstəliyi diaqnozu və icra olunan savadsız əməliyyatın nəticəsində sol gözüm yararsız hala düşüb. Sol gözümdə görmə qabiliyyətinin itirilməsi, əzələ və sinirlərimin iflic olması səbəbindən bir ildən artıqdır ki, şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq və mühafizə orqanlarının təyin etdiyi tibbi ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, əməliyyatdan öncə gözümdə Cahid Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb, gözüm tamamilə sağlam olub. Tibbi ekspertiza 3 dəfə bununla bağlı günah verib. Ancaq Səbail rayon Prokurorluğunda həkimə 3 dəfə günah verilməsi, həmçinin bir çox sübutların, faktların olmasına baxmayaraq, işim məhkəməyə təhvil verilmir.

Sizdən çox xahiş edirəm ki, işimin yekunlaşdırılması, tez bir zamanda məhkəməyə verilməsi üçün mənə kömək edəsiniz.

Seçilən
18
6
publika.az

7Mənbələr