ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Quba rayonunda qardaş bacı arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 28-də, saat 10:20-də Quba rayonu, Küçeyi kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bacısı Tellinin sifət nahiyyəsindən əl ilə bir dəfə vurub. Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Telli onun doğma bacısıdır: “Bacım boşandıqdan sonra mənimlə birlikdə bir evdə yaşayır. Hadisə günü saat10 radələrində Telli evdən çıxaraq keçmiş ərinin yanına getmək istədi. Mən də getməsinə icazə vermədiyim üçün aramızda mübahisə yarandı. Əsəbləşərək Tellinin sol sifət nahiyyəsindən bir dəfə şillə ilə vurdum”.Təqsirləndirilən şəxs bildirib ki, bacısı ilə barışmağa cəhd göstərsə də, bacısı barışmaq istəmir: “2019-cu ildə bacımın yoldaşı ilə dalaşdığıma görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyimə görə cinayət məsuliyyətinə cəlb edildim. Lakin aramızda barışıq olduğundan barəmdə olan cinayət təqibinə xitam verildi. Sonda əməlimdən peşman olmuşam. Himayəmdə üç azyaşlı uşağın olmasını nəzərə alaraq mənə həbslə bağlı olmayan cəza verilməsini xahiş edirəm”.İş üzrə zərərçəkmiş qismində ifadə verən Tellinin sözlərinə görə, fevralın 28-də, saat 10 radələrində evdən çıxıb və övladlarının yanına getmək istəyib: “Qardaşım Vüsal buna etiraz etdi. Bununla bağlı aramızda mübahisə yarandı. Qardaşım Vüsal mənim sol sifət nahiyyəmdən şillə ilə vurdu. Qardaşımdan şikayətçiyəm, onunla barışmaq fikrim yoxdur”.Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsala 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.Təqsirləndirilən şəxsin üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:30-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.Cəzanın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilib.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.