AZ

Həkəri çayı ətrafında əkin sahələrinin suvarma suyu təminatı yaxşılaşdırılıb

Azərbaycan Prezidentinin 1 mart 2022-ci il tarixli Sərəncamına əsasən, işğaldan azad olunanərazilərin bərpası çərçivəsində həyata keçirilən “Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Zabuxçay suanbarının və magistral boru kəmərinin layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində bir sıra işlər görülüb.

"Cebheinfo.az" xəbər verir ki, bunu Zabuxçay su anbarına təşkil edilən mediatur zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.

“Bu layihə regionun aqrar inkişafında mühüm roloynamaqla yanaşı, əhalinin rifahının yüksəldilməsi vəkənd təsərrüfatında məhsuldarlığın artırılması baxımındanda əhəmiyyətli töhfə verir”, - deyə ADSEA rəsmisi əlavə edib.

"Cebheinfo.az" 

Seçilən
18
2
cebheinfo.az

9Mənbələr