AZ

"İlk hissədə çox ləng idik"

"Real Madrid"in qapıçısı Tibo Kurtua komandanın ABŞ-da keçirilən Klublararası Dünya Çempionatında Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunu ilk oyununda məğlub edə bilməməsinin səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli qolkiper bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

"İlk hissədə çox ləng idik və onlar daha yaxşı olsa da, ritmimizi tapmaqda çətinlik çəkdik. Qol vurmağı bacardıq, lakin onlar penalti ilə hesabı bərabərləşdirdik. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oynadıq, inanıram ki, eyni ruhda davam etsək, bir neçə matçda qalib gələcəyik".

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. İkinci hissəyə əlavə olunmuş dəqiqədə Federiko Valverde penaltini yerinə yetirə bilməyib.

FIFA Klublararası Dünya Çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə 32 klub iştirak edir, onlar dörd komandadan ibarət səkkiz qrupa bölünürlər. Hər kvartetdən iki ən güclü komanda pley-off mərhələsində çıxışlarını davam etdirəcək.

Seçilən
9
90deqiqe.az

1Mənbələr