“Əl-Hilal”ın qapıçısı Yasin Bounu Klublararası Dünya Çempionatının qrup mərhələsinin ilk turunda “Real Madrid”ə qarşı keçirilən oyunla bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, matçın son dəqiqələrində Federiko Valverdenin penalti zərbəsini dəf edərək komandasını məğlubiyyətdən xilas edən təcrübəli qolkiper oyunun çətinliyindən danışıb.
“Çətin matç oldu. Rəqib güclüdür, elit oyunçulara və yüksək səviyyəli futbola malikdirlər. İkinci hissədə vəziyyət daha ağırlaşdı, lakin biz müdafiə olunmağı bacardıq. Allaha şükürlər olsun ki, penalti zərbəsini qaytara bildim. Meydanda üzərinə düşəni etməlisən. “Real” kimi rəqiblə qarşılaşanda maksimum konsentrasiyaya ehtiyac var”, – deyə Bounu FIFA-nın rəsmi saytına bildirib.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Turnirdə 32 komanda iştirak edir və onlar səkkiz qrupa bölünüb. Qruplarda ilk iki yeri tutan klublar pley-off mərhələsinə vəsiqə qazanacaq.