AZ

ADSEA: Tərtərçay Sol Sahil suvarma kanalının yenidən qurulması işləri yekunlaşıb

"Tərtərçay Sol Sahil suvarma kanalının yenidən qurulması ilə bağlı işlər yekunlaşıb".
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev Zabuxçay su anbarına təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında deyib.
 
O qeyd edib ki, magistral kanalın uzunluğu 20 kilometr, suburaxma qabiliyyəti saniyədə 21 kub metrdir. Suvarma kanalının yenidən qurulması ilə Tərtər, Bərdə, Goranboy və Yevlax rayonlarının 30 min hektara yaxın torpaq sahəsinin su təminatı yaxşılaşdırılıb.
 
Seçilən
9
2
moderator.az

3Mənbələr