AZ

"Fənərbaxça" Braziliya millisinin üzvünün keçidini həll etməyə çalışır

"Fənərbaxça" Neymarı heyətinə qatmağa hazırlaşır.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi braziliyalının keçidini həll etmək üçün onun meneceri ilə danışıqlara başlayıb.

Braziliya millisinin üzvü qısamüddətli müqavilə ilə "Santos"a məxsusdur. Lakin iyulun 1-dən azad agentə çevriləcək.

33 yaşlı futbolçunun transferinin təşəbbüsünün komandanın portuqaliyalı baş məşqçisi Joze Mourinyodan gəldiyi iddia edilir. 

Qeyd edək ki, Neymar ötən mövsümə "Əl-Hilal"da başlayıb, lakin qışda səudiyyəlilərlə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib, bundan sonra yanvarın 31-də "Santos"un futbolçusu olub. 

 

saytlarin hazirlanmasi

Seçilən
6
1
sportal.az

2Mənbələr