AZ

“B-2”-lər “Fordo”-nu vuracaqmı? – Ardıcıl bombalar atmaq lazım gələcək

İsrail və İran arasındakı müharibə artıq birinci həftəsini tamamlayıb.

İsrail ordusu ABŞ-nin tanker təyyarələrinin də köməyi ilə, başda Tehran olmaqla bir çox şəhəri “F-35” təyyarələri ilə bombalamağa davam edərkən, İran da ballistik raketləri ilə İsrailə qarşı hücumlarını davam etdirir. Müharibə hazırda qarşılıqlı hücumlarla məhdudlaşmış vəziyyətdə olsa da, İsrail hökuməti bu dövrü ABŞ-ni müharibəyə müdaxilə etməyə inandıraraq pozmağa çalışır.

İsrail xüsusilə Qum şəhərinin yaxınlığında bir dağın altına inşa edilən “Fordo” nevə mərkəzini məhv etməyi planlaşdırsa da, bu məqsəd üçün əlində lazımi bir bomba yoxdur.

Ekspertlər İranın yerin 80-90 metr altında inşa etdiyi bu strateji uran zənginləşdirmə mərkəzini yalnız ABŞ-yə aid 13 ton 600 kiloluq “GBU-57/B” bombasının vurabiləcəyini iddia edir. Bu sığınacaq əleyhinə bomba yalnız “B-2” Spirit tipli Amerikan bombardman təyyarələri tərəfindən daşına bilir. Bu isə İsrailin İranda məqsədinə çatması üçün ABŞ-nin müharibəyə daxil olmasının lazım olduğunu göstərir.

“MOP” bombası partlamamışdan əvvəl yer altında irəliləyərək yerin dərinliklərindəki sərt zəmin və beton quruluşlarını məhv etmək üçün dizayn edilib. Bu bomba hədəfin 61 metr dərinliyinə qədər nüfuz edib sonra partlayaraq böyük dağıntılara səbəb olur. “Fordo” mərkəzinin tam dağıdılması üçün ardıcıl olaraq bir neçə bombanın atılması lazım olacaq.

İsrailli rəsmilər İranın nüvə proqramına son vermək üçün hücum planlarında “Fordo”nun yer aldığını bildirib. İsrailin Vaşinqtondakı səfiri Yexiel Leiter də “Fox News”-a verdiyi müsahibədə, “Bu əməliyyatın tamamlanması Fordonun məhv edilməsi ilə nəticələnməlidir”, – deyə bildirib. Məlumatlara görə, hazırda bu bombaları yalnız ABŞ-nin “B-2” bombardman təyyarələri daşıya bilir. “B-2” təyyarəsinin təxminən 27,200 kq ağırlığında iki “MOP” bombası ilə sınaqdan keçirildiyi məlumdur.

Xarici KİV-lərdə yer alan xəbərə görə, mart ayında ən azı üç “B-2″ təyyarəsi Hind Okeanında yerləşən Dieqo Qarsia adasındakı hərbi bazaya yerləşdirilmişdi. İranın ən uzun məsafəli ballistik raketləri 2000 kilometrə qədər uçsa da, Dieqo Qarsia ilə İran arasındakı məsafə təxminən 3795 kilometrdir.”AzPolitika.info”

Seçilən
1
1
moderator.az

2Mənbələr