AZ

Kiyev Rusiyanın Qərb ölkələri tərəfindən verilən silahların məhv edilməsi tələbini rədd edib

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixiy “X” sosial şəbəkəsində Moskvanın Kiyevə verilən Qərb silahlarının məhv edilməsi tələbini şərh edərkən bunu rədd edib.

Herbiand.az xəbər verir ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya tərəfi Qərb ölkələrindən Ukraynaya ötürülən silahların məhv edilməsini tələb edəcək.

Tixiy bu tələbi “qeyri-adekvat” adlandırıb və Moskvanın Vaşinqtonun sülh yolu ilə nizamlanmaya nail olmaq səylərinə məhəl qoymadığını vurğulayıb.

Rusiya hesab edir ki, Kiyevə silah tədarükünün davam etdirilməsi sülh yolu ilə nizamlanmaya mane olur və NATO ölkələrini silahlı münaqişəyə birbaşa cəlb edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr