AZ

Ehtiram Quliyev Bernd Ştange ilə görüşdü

“Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev tanınmış futbol mütəxəssisi, alman məşqçi Bernd Ştange ilə görüşüb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Turan Tovuz”un İdarə Heyətinin sədri “Azərbaycan–Almaniya Dostluq Həftəsi” çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu Bernd Ştange ilə görüşüb. Görüşdə almaniyalı mütəxəssislə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub və futbol veteranı Vəli Qasımov da iştirak ediblər.

Görüşdə qonaqlara Tovuz futbolu və klub haqda ətraflı məlumat verilib. Tovuzda futbolun təməlinin ötən əsrin əvvəllərində məhz almanlar tərəfindən qoyulduğu vurğulanıb. Eyni zamanda “Şamaxı” haqda da qonaqlara geniş məlumat verilib.

Qarşılıqlı fikir mübadiləsi aparılıb və mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Görüşün sonunda fəxri qonağa “Turan Tovuz”un forması hədiyyə olunub. Cəmiyyətin sədri Çingiz Abdullayev 1920-ci ildə Tovuzda keçirilən ilk rəsmi oyun olan “Rote Fahne” – “Tovuz” matçında çəkilmiş tarixi şəkli Ehtiram Quliyevə təqdim edib.

Seçilən
0
17
arena.az

10Mənbələr