525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə tədbir keçirilib.
525.az xəbər verir ki, tədbirdə İqtisad Universitetinin rektoru professor Ədalət Muradov UNEC-in tarixi inkişaf yolu, əldə etdiyi uğurlar və gələcək hədəfləri barədə məlumat verib.
“UNEC-in 95 ili – yalnız bir təhsil müəssisəsinin tarixi deyil, həm də bütöv bir xalqın inkişafına, elminə, iqtisadiyyatına və dövlətçiliyinə verdiyi töhfələrin tarixidir. 95 yaşlı UNEC yenə gənc, yenə enerjili, yenə iddialıdır. Qarşımızda yeni hədəflər, çoxlu uğurlar və işıqlı bir gələcək dayanır”,- deyə professor Ədalət Muradov bildirib.
Rektor vurğulayıb ki, UNEC 95 illik yubileyində beynəlxalq səviyyədə uğura imza atıb. UNEC “Times Higher Education Impact” reytinqində 801-1000-ci yerə yüksəlib.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və başqaları təbrik nitqləri ilə çıxış ediblər (AZƏRTAC).
UNEC-in 95 illik yubileyi qeyd olunub
UNEC-in 95 illik yubileyi qeyd olunub
UNEC-in 95 illik yubileyi qeyd olunub
UNEC-in 95 illik yubileyi qeyd olunub
UNEC-in 95 illik yubileyi qeyd olunub
Şəkil sayı: 5
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.