AZ

Azərbaycanlı futbolçu “Barselona”nın toplanışına qatılacaaq

Azərbaycanın U-21 yığmasının sabiq qapıçısı Eldar Tağızadə İspaniyaya qayıdıb.

Msport.az xəbər verir ki, “Barselona”nın B komandasına dönən gənc qolkiper məşqlərə qatılacaq.

O, mövsümün əvvəlində icarəyə verildiyi “Tudelano”dan ayrılıb. 22 yaşlı futbolçu yeni mövsümə “Barselona”nın B komandasında başlaya bilər.

Tağızadə bu komandanın yay toplanışına cəlb ediləcək. “Barselona” B komandasının toplanışı isə iyulun ilk günlərində olacaq.

Seçilən
0
3
msport.az

4Mənbələr