AZ

bp-nin ölkəmizdəki fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

“bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklosla növbəti dəfə görüşmək xoş oldu. Görüşdə Bakı Enerji Həftəsi çərçivəsində əldə edilmiş yeni razılaşmaların enerji sahəsində uğurlu strateji tərəfdaşlığın genişləndirilməsinə töhfə verəcəyini vurğuladıq. Azərbaycanda bərpaolunan enerji layihələrində bp-nin fəal iştirakını yüksək qiymətləndirdik. Şirkətin ölkəmizdəki fəaliyyəti, karbonsuzlaşma, kəşfiyyat və hasilat layihələri ilə bağlı fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
13
vergiler.az

1Mənbələr