AZ

Mourinyo istədi, "Fenerbahçe" hərəkətə keçdi – Hədəfdə Lukas Vaskes

Real Madrid formasını 10 il boyunca geyinən və klub tarixində iz buraxan oyunçulardan biri olan Lukas Vaskes, yay transfer dövründə müqaviləsinin başa çatması ilə sərbəst qalacaq.


Manset.az İspaniya mediasına istinadən xəbər verir ki, 33 yaşlı ulduz futbolçunun yeni ünvanı "Fenerbahçe" ola bilər.

"Fenerbahçe" rəhbərliyi futbolçunun meneceri ilə əlaqə saxlayıb. Rəsmi təklif olmasa da, onun müqavilə vəziyyəti və maliyyə tələbləri ilə bağlı məlumat toplanıb.

Yeni baş məşqçi Joze Mourinyo, xüsusilə Avropa turnirlərində təcrübəsi olan, çox yönlü futbolçulara üstünlük verir. Vaskes-in həm müdafiədə, həm də hücumda oynaya bilməsi onu fərqləndirir.

 "Fenerbahçe"nin bu transferdə əsas üstünlüyü ondan ibarətdir ki, futbolçunun transfer haqqı olmayacaq – xərclər yalnız maaş və imza bonusundan ibarət olacaq.

Seçilən
5
manset.az

1Mənbələr