AZ

İnkişaf Strategiyası və Böyük Qayıdışa dair II Proqramın əlaqəli hazırlanması üçün Komissiya yaradılıb

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi məqsədilə Strategiyanın və Dövlət Proqramının layihələrinin hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb.

Finss.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə sərəncam verib.

“Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması üzrə:

Komissiyanın sədri

Əli Əsədov - Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavinləri:

Şahin Mustafayev - Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Azərbaycan Respublikasının elm və təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının mədəniyyət naziri Azərbaycan Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri

Azərbaycan Respublikası Baş nazirinin köməkçisi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru.

Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə işçi qruplar yaradılıb.

Seçilən
7
25
fins.az

10Mənbələr