AZ

Bu gün Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin açılışı olacaq - VİDEO

Bu gün Bakı vaxtı ilə saat 16:30-da Türkiyənin Kahramanmaraş bölgəsində yerləşən "Azərbaycan məhəlləsi"ndə mənzillərin açarlarının təhvili və püşkatma mərasimi təşkil olunacaq.
 
Moderator.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyasından rəsmi açıqlama verilib.
 
Bildirilib ki, təhvil verilən mənzillərin ümumi sayı 250 minə çatır.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə özünün "X" hesabında paylaşım edib:
 
"Bu gün zəlzələ bölgəmizdə, aralarında Azərbaycan tərəfindən dəstəklənən "Azərbaycan məhəlləsi"ndəki mənzillərin də olduğu 49 056 iş yeri və mənzili haqq sahibi qardaşlarımıza təhvil veririk", - deyə Prezident vurğulayıb.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələdən sonra qardaş ölkəyə kömək üçün Azərbaycan tərəfindən bütün imkanlar səfərbər olunub. Eyni zamanda, dağıntıya məruz qalan Kahramanmaraşda "Azərbaycan məhəlləsi"nin inşasını da dövlətimiz öz üzərinə götürüb. Beləliklə, "Azərbaycan məhəlləsi" iki qardaş ölkə arasında dostluq və həmrəyliyi daha da gücləndirən bir simvola çevrilib.

Seçilən
0
2
moderator.az

3Mənbələr