AZ

Dəhşətli cinayət: 9 yaşlı qızı...

Türkiyənin Diyarbakır vilayətinin Ergani rayonunda ötən axşam saatlarında itkin düşən 9 yaşlı Yasemin Yıldırımın cansız bədəni tapılıb. 

News24.az bildirir ki, kiçik qızın bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

Hadisə Ergani rayonunun Kemertaş məhəlləsindəki Mahirkent yaşayış kompleksində baş verib. Ailəsi axşam saatlarında Yasemindən xəbər ala bilmədikdə, dərhal yardım mərkəzinə müraciət edib. Əraziyə çoxsaylı polis və təcili tibbi yardım qrupları cəlb olunub.

Polis əməkdaşları axtarışlara yaşadıqları binadan başlayıb. Axtarışlar zamanı ailənin yaşadığı binanın yanındakı binanın ikinci mərtəbəsində pilləkənlərinin boşluğunda Yaseminin hərəkətsiz bədəni aşkarlanıb.

Təcili yardım qruplarının keçirdiyi ilkin tibbi müayinədə, Yasemin Yıldırımın bıçaqlanaraq qətlə yetirildiyi müəyyən olunub. Kiçik qızın cansız bədəni daha ətraflı tibbi ekspertiza üçün Adli Tıp Qurumuna aparılıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb. İndiyədək bir şübhəli şəxs saxlanılıb, onun polis bölməsində istintaqı davam edir.

Hadisə ölkədə böyük üzüntü və qəzəb doğurub. 


Seçilən
25
50
news24.az

10Mənbələr