Gürcüstanın Tel-Əvivdəki səfirliyinin yaxınlığına mərmi düşüb.
Modern.az KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbukdakı bəyanatında deyilir.
"Bu gün səfirliyin yerləşdiyi binanın yaxınlığına mərmi düşüb", - məlumatda qeyd olunub.
Qeyd olunub ki, bina zədələnməyib. Ölən və yaralananlar barədə də məlumat verilməyib.
Diplomatik nümayəndəlik İsrail təhlükəsizlik xidmətlərinin təlimatlarına uyğun olaraq fəaliyyətini davam etdirir. İsraildə olan Gürcüstan vətəndaşlarına yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi şəkildə riayət etmələri tövsiyə olunur.