Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan məhəlləsi" barədə paylaşım edib. Türkiyə dövlətinin lideri "X" sosial media hesabında etdiyi paylaşımda zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və digər infrastruktur barədə məlumat verib. Onun sözlərinə görə, məhəllədə 49 056 iş və yaşayış yeri inşa olunub. Ərdoğan qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzil sayı 250 minə çatıb.
Mətləb