AZ

Sumqayıtda tekstil fabrikindəki yanğın söndürülüb - Yenilənib

Sumqayıt şəhərində yerləşən tekstil fabriklərindən birində başlayan yanğın məhdudlaşdırılıb...

"Report"un yerli bürosunun məlumatına görə, əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinini canlı qüvvə və texnikasının operativ müdaxiləsi sayəsində fabrikdəki yanğın tam söndürülüb.

***

“Report”un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh prospektində yerləşən müəssisələrdən birində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən canlı qüvvə və texnika cəlb olunub. Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

İlkin ehtimallara görə, yanğına pambıq qırıntılarının alovlanması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
4
4
poliqon.info

10Mənbələr