AZ

Sıbiqa: Rusiya 100 gündür atəşkəslə razılaşmaqdan imtina edir

Rusiyanın ABŞ-ın tam atəşkəs təklifini rədd etməsindən 100 gün keçir. Ukrayna Xarici İşlər Nazirliyi tərəfdaşlarını Kremli sülhə məcbur etməyə çağırır.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa “X” hesabında yazıb.

O xatırladıb ki, Ukrayna ABŞ-ın atəşi tamamilə dayandırmaq, qətllərə son qoymaq və real sülh prosesinə başlamaq barədə sülh təklifini qeyd-şərtsiz qəbul etməsindən düz 100 gün keçir.

"Rusiyanın sülhə doğru bu əsas ilk addımı rədd etməsindən düz 100 gün keçdi. 100 gün rus manipulyasiyası və müharibəni bitirmək üçün əldən verilmiş fürsətlər... 100 gün Rusiya Ukraynaya qarşı terroru artırır, onu dayandırmır", - Sıbiqa vurğulayıb.

Xəbər 1 dəfə oxunub.
Seçilən
2
xezernews.az

1Mənbələr