Klublararası dünya çempionatının qrup mərhələsində birinci turun oyunlarına yekun vurulub.
Moderator.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.
H qrupunda Avstriyanın “Zaltsburq” komandası Meksika təmsilçisi "Paçuka"nı 2:1 hesabı ilə üstələyib. Bu qrupun digər matçında isə İspaniya “Real Madrid”i Səudiyyə Ərəbistanının "Əl-Hilal" kollektivi ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.
G qrupunda isə “Mançester Siti” Mərakeşin “Vidad” klubuna 2, “Yuventus” isə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” komandasına 5 cavabsız qolla qalib gəlib.