AZ

Dünənki sertifikasiya imtahanı çətin olub? — Rəsmi CAVAB

2025-ci ildə ilk dəfə fizika, kimya, biologiya, coğrafiya və informatika müəllimlərini sertifikasiyaya cəlb olunub. Qeyd edək ki, sertifikasiya imtahanı 8 gün - iyunun 18-dən 25-ə dək davam edəcək. Eyni zamanda bu tarixlərdə ötən il sertifikasiya imtahanından kəsilən müəllimlərin ikinci şans imtahanı da baş tutacaq. 

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk günündə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Həmin gün test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95% davamiyyət qeydə alınıb.

18 iyun sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil edilib.

Modern.az xəbər verir ki, ötən gündən etibarən müəllimlər sertifikasiya imtahanı ilə bağlı sosial media hesablarında ciddi narazılıqlarını səsləndirir.

Sertifikasiyadan şikayətlənən müəllimlərin əksəriyyəti isə Azərbaycan dili və ədəbiyyat fənnləri üzrə təhsilverənlərdir. Onlar imtahanın çətin keçdiyini və suallarda əvvəlki illərə nisbətən cavablandırması asan olmayan sualların daha çox olduğunu bildirirlər.

Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, ayrı-ayrı sosial media platformalarında təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı reallığı əks etdirməyən, cəmiyyət arasında çaşqınlıq yaratmağa yönəlmiş bəzi qeyri-dəqiq məlumatlar paylaşılır.

"Bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq", - açıqlamada qeyd edilir.

Onu da qeyd edək ki, sertifikasiya imtahanı ilə bağlı 17 iyun keçirilən brifinqdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu qeyd etmişdi ki, müəllimlərin sertifikasiya imtahanında istifadə edilən suallar hər il daha da çətinləşdirilmir:

Seçilən
3
2
demokrat.az

3Mənbələr