AZ

AFFA bu liqayla bağlı yekun qərarını verdi – SON DƏQİQƏ!

AFFA Əvəzedicililər liqasının gələcəyi ilə bağlı qərarını verib. Daha öncə mətbuatda bu çempionatın ləğvinin gündəmdə olduğu deyilirdi.

Ancaq əldə etdiyimiz məlumata görə, federasiya qərarını dəyişib. Rəhbərlik Əvəzedicilər liqasını ləğv etməkdən vaz keçib. Buna səbəb mütəxəssislərin və bəzi klubların AFFA-nın qərarını xoş qarşılamaması olub.

İctimaiyyətin təzyiqini də görən qurum rəhbərliyi Əvəzedicilər liqasının davam etməsinə qərar verib. Çempionatın azı bir mövsüm də keçiriləcəyi bildirilir.

Məsələ ilə yekun qərar bu ayın sonu baş tutacaq İcraiyyə Komitəsinin iclasında veriləcək.

İdmanxeber.az

 

Seçilən
1
1
idmanxeber.az

2Mənbələr