AZ

4 cü “YAŞAT” düşərgəsi davam edir I FOTO

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Düşərgəsinin birinci həftəsində əyləncə saatı və stolüstü oyunlar, səhər idmanı, futbol və voleybol yarışları təşkil olunub. Həmçinin “Bakcell” şirkəti tərəfindən iştirakçılar üçün innovasiya və texnologiya mövzusunda təlim proqramı reallaşdırılıb. Uşaqlar “Faceart” tədbirində və hovuz saatında xoş, əyləncəli vaxt keçiriblər. Düşərgə iştirakçıları “ABAD” tərəfindən keçirilən dulusçuluq və gips ustad dərsində yeni bilik və bacarıqlar əldə ediblər. “Ağız boşluğu gigiyenası” mövzusunda "Dayaq Xeyriyyə"nin “Sevgiilə” stomatoloji layihəsi çərçivəsində keçirilən təlim də uşaqların marağına səbəb olub. ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Şeron qrupu müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.

AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
azvision.az

3Mənbələr