AZ

İsrail dron zərbələri ilə iki Hizbullah komandirini zərərsizləşdirib

Bakı. Trend:

İsrailin Livanın cənubuna endirdiyi dron zərbələri nəticəsindəHizbullahın iki komandiri zərərsizləşdirilib.

Trend xəbər verirki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Öldürülən komandirlərdən birinin Hizbullahın Şeba bölgəsinintank-əleyhinə bölməsinin komandiri Muhəmməd Əhməd Xreys olduğu vəonun Nəbatiyə adlı əraziyə endirilmiş dron zərbəsi nəticəsindəhəlak olduğu bildirilir.

"Müharibə zamanı terrorçu İsrailə qarşı bir sıra hücumlar, ocümlədən 2024-cü il aprelin 26-da Dov dağında həyata keçirilən vəİsrail Müdafiə Qüvvələrinin mülki podratçısı Şərif Səvadiyin həlakolması ilə nəticələnən tank əleyhinə raket hücumunu həyatakeçirmişdi”, - IDF məlumatında qeyd olunur.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisiMəhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) başkomandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanıQulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” iləIsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

2Mənbələr