AZ

Kazino fəaliyyəti üçün qanunvericilikdə nə dəyişməlidir? “Onsuz da mərc oyunları var”

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əgər Azərbaycanda kazinolar fəaliyyətə başlayarsa, vergi sahəsində, habelə mülki qanunvericilikdə tənzimləmələr olmalıdır. Eyni zamanda, həmin kazinolarda işə cəlb olunan şəxslərin hüquqları ilə bağlı Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilməlidir. Eləcə də inzibati xətalar və cinayət məcəllələrində müvafiq dəyişikliklərə ehtiyac olacaq”.

Bu sözləri "Yeni Sabah"a hüquqşünas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, müxtəlif dövlətlərdə qumarxanların fəaliyyəti fərqli üsullarla tənzimlənir:

“Dövlərlər var ki, qumarxana fəaliyyəti qanunvericiliklə tənzimləyir. Bəzi dövlətlər isə azad iqtisadi zonalar yaratmaqla, vergiyə cəlb etmədən kazinoların fəaliyyətinə nəzarət edir. Qeyri-leqal kazino fəaliyyətinə də rast gəlinir. Azərbaycana gəlincə, 1997-ci ildə kazinoların fəaliyyəti qanunla qadağan olunub. Bu barədə müvafiq sərəncam mərhum prezident Heydər Əliyev verib. Lakin bu gün kazinoların fəaliyyətini bərpa etmədən danışırıqsa, Azərbaycanda onsuz da mərc oyunları fəaliyyət göstərir.

“Azərlotoreya” ASC mərc oyunlarına nəzarət edir. Həmin qurum tərəfindən müvafiq təşkilatlar, şirkətlər cəlb olunmaqla, fəaliyyət icra olunur. 

Ramil Süleymanov vurğulayib ki, kazinoların praktiki fəaliyyəti üçün qanunvericiliyin müxtəlif qollarında tənzimləmələrə ehtiyac olacaq:

“Həmin fəaliyyətin ya dövlət icarəyə verilən hissə xaric, dövlətin nəzarətindən kənar, qeqyri-leqal şəkildə kazinoların işlədilməsi barədə, işlədən şəxslərin şəxsiyyəti nəzərə alınmaqla, cəzaların və inzibati tənbehlərin müəyyən olunması barədə qanunvericiliyə müvafiq dəyişikliklər olunmalıdır”.

Xatırladaq ki, nəzərdə tutulan dəyişkliyə görə, kazinolar süni adalarda fəaliyyət göstərəcək. Kazino fəaliyyətinə rəsmi icazə üçün 340 min rüsum ödəniləcək. Qumarxanlara 21 yaşından yuxarı şəxslər buraxılacaq və onlayn fəaliyyət qadağan olunacaq. 

Nazim Hacıyev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
yenisabah.az

2Mənbələr