AZ

"Dövlət bu şəxslərin 59 yaşından pensiyasını ödəyəcək" - DEPUTAT

Prezident İlham Əliyev Əmək pensiyaları haqqında" Qanununda dəyişiklik edərək, 59 yaşında pensiyaya çıxan çox uşaqlı ailələrdəki qadınlar və bəzi hallarda ataların pensiyalarını dövlət büdcəsindən ödəyəcək.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, dəyişikliklər, erkən pensiya alanların 5 il ərzində ödənişlərinin dövlət büdcəsindən qarşılanmasını nəzərdə tutur:

"Həmçinin, liliputlar və əlilliyi olan şəxslərin pensiya ödənişləri də dövlət büdcəsindən ödəniləcək. Dəyişikliklər 2025-ci ilin yanvarından qüvvəyə minəcək. Bundan başqa, mülki aviasiya sahəsində çalışanların pensiya hüquqları da tənzimlənmişdir. Bu dəyişikliklər pensiya təminatı sisteminin gücləndirilməsinə və dövlətin sosial öhdəliklərinin təkmilləşdirilməsinə xidmət edəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
4
qht.az

1Mənbələr