İran raketləri Təl-Əvivə düşüb. Partlayışlar nəticəsində xəsarət alanların olduğu bildirilir.
Bu barədə "Əl-Cəzirə" İsrail təcili yardımına istinadən məlumat yayıb.
Raketlərdən biri Soroka xəstəxanasına düşüb.
08:15
İsrail ordusu İrandan atılan raketləri zərərsizləşdirir.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat verib.