AZ

Naxçıvanda əsas kapitala 31,5 faiz çox vəsait qoyulub

Naxçıvan, 19 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55 milyon 672 min 800 manat vəsait yönəldilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu da bir il öncəki göstəricidən 31,5 faiz çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 34 milyon 861 min200 manatı və ya 62,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

 

Seçilən
4
2
azertag.az

3Mənbələr