AZ

"Neftçi"nin Dembo Darboya ödəyəcəyi təzminatın məbləği açıqlanıb

"Neftçi"nin mövsümlərarası fasilədə yola saldığı legionerlərdən biri də Dembo Darbo oldu.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, qambiyalı forvard "ağ-qaralar"dan heç də pulsuz ayrılmayıb.

Darbonun klubla müqaviləsi olduğundan rəhbərlikdən təzminat tələb edib. Uzun sürən danışıqlardan sonra paytaxt təmsilçisi ilə qambiyalı arasında 3 aylıq maaşının ödənilməsi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, Darbonun "Neftçi"də aylıq məvacibi 45 min dollar idi.

İdman.biz

Seçilən
3
1
idman.biz

2Mənbələr