AZ

60 metr hündürlükdən yıxılan şəxs sağ qaldı

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İngiltərənin Sidmut şəhəri yaxınlığında yerləşən Haven qayalıqlarında baş verən hadisə heyrət doğurub. AzPost Mirror-a istinadən bildirir ki, bir kişi nudistlərin çimərliyinə doğru gedərkən 60 metrlik (təxminən 200 fut) hündürlükdən yıxılıb və heç bir ciddi xəsarət almayıb.

Hadisə yerinə sahil mühafizəsi, polis və xilasetmə helikopteri cəlb olunub. Yardım çağırışı eşidildikdən sonra dərhal müdaxilə edilib və həmin şəxs təhlükəsiz yerə aparılıb. Orada polis əməkdaşları tərəfindən dindirilib və ona “təhlükəsizlik xəbərdarlığı” verilib.

Xilasedicilər kişinin sağ qalmasını “möcüzə” adlandırıblar.  Polis şəxsi sərbəst buraxsa da, bu hadisə çimərliklər və qayalıqlar ətrafında təhlükəsizliyin nə qədər vacib olduğunu bir daha xatırladıb.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azpost.info

2Mənbələr