AZ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın həbsi uzadıldı

İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olmuş Qəhraman Məmmədovun cinayət işi üzrə əlavə istintaq hərəkətlərinin aparılması üçün həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məhkəmə prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.

Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlanma müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, polkovnik-leytenant Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul Hava Limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.

Seçilən
9
7
publika.az

8Mənbələr