AZ

İsrailyönlü hakerlər İran kritovalyuta bazarına hücum edib

BAKI, TurkicWorld

İsrailyönlü hakerlər İranın ən böyük kriptovalyuta birjasından 90 milyon dollar oğurlayıb.

TurkicWorld xəbər verir ki, İranın ən böyük kriptovalyuta birjası olan Nobitex kiberhücumun hədəfinə çevrilib.

Hücum nəticəsində təxminən 90 milyon dollar dəyərində rəqəmsal aktiv oğurlanıb. Hücumun "Yırtıcı Sərçə" (Predatory Sparrow) adlı İsrailyönlü haker qrupu tərəfindən törədildiyi bildirilir.

Hakerlər "X" (keçmiş Twitter) sosial şəbəkəsində yayımladıqları farsca mesajda hücumu üzərlərinə götürərək, Nobitex-in İranın beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə etdiyi birja olduğunu iddia ediblər. Kripto analitika şirkətləri Elliptic və TRM Labs oğurlanmış aktivlərin İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) təhqir edən rəqəmsal pul kisələrinə yönləndirildiyini təsdiqləyib.

Ekspertlərin fikrincə, aktivlərin həmin cüzdanlara köçürülməsi onların qəsdən "yandırıldığını" və geri qaytarılmasının mümkünsüz olduğunu göstərir. Hücumdan sonra Nobitex platforması fəaliyyətini müvəqqəti dayandırıb.

Bununla paralel olaraq, İranın Bank Sepah və dövlət televiziyası da kiberhücuma məruz qalıb. Haker qrupu Sepah bankının İİKK ilə əlaqələrinə görə hədəf alındığını bildirib. Bankomatlardan istifadə mümkün olmayıb, bir çoxu işləməyib və nağd pul çıxarmaq qeyri-mümkün olub.

Dövlət televiziyası vasitəsilə yayımlanan verilişlər də kəsilib və yerinə rejimə qarşı çağırış videosu göstərilib. Hücuma görə məsuliyyəti heç bir tərəf rəsmi olaraq üzərinə götürməyib.

Qeyd edək ki, “Yırtıcı Sərçə” qrupu daha əvvəl də İranda polad zavodları və yanacaqdoldurma məntəqələrini hədəf alan hücumlarla gündəmə gəlmişdi. Kibertəhlükəsizlik üzrə ekspertlər qrupun İsraillə əlaqəsi olduğunu iddia edirlər.

“Hücumlar SEPAH-ı hədəfə alır kimi görünsə də, əslində iqtisadi çətinlik ucbatından kriptovalyutaya üz tutan iranlıların gündəlik həyatına da ciddi təsir edir”- deyə CNN-ə danışan farsdilli kibertəhlükəsizlik eksperti Həmid Kəşfi bildirib.

Seçilən
15
turkic.world

1Mənbələr