2025-ci ildə ABŞ-də 24 süni intellekt startapı 100 milyon dollar və daha çox investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, ötən il isə 49 Sİ startapı 100 milyon dollar və daha yüksək dəyərdə investisiya raundları cəlb edib. Onlardan üçü bir neçə dəfə iri həcmli investisiya alıb, yeddi startap isə 1 milyard dollardan çox vəsait toplayıb.
2025-ci ilin ilk yarısı göstərir ki, ötən ilin investisiya tendensiyası davam edir. Cari ilin ilk rübündə ABŞ-da 2024-cü ilin eyni dövrü ilə müqayisədə daha çox "mega-raund" bağlanıb, bir neçə startap isə milyard dollarlıq vəsait cəlb edib.
Aşağıda 2025-ci ildə ABŞ-də 100 milyon dollar və daha çox investisiya cəlb etmiş Sİ startaplarının siyahısı təqdim olunur:
İyun
"Glean" - Korporativ axtarış üzrə fəaliyyət göstərən şirkət 10 iyun tarixində "Wellington Management"in rəhbərliyi ilə keçirilən F seriyalı investisiya raundunda 150 milyon dollar toplayıb. İştirakçılar arasında "Sequoia", "Lightspeed Venture Partners" və "Kleiner Perkins" də yer alıb. Şirkətin dəyəri 7,25 milyard dollara çatıb.
"Anysphere" - "Cursor" adlı Sİ əsaslı kodlaşdırma alətini yaradan tədqiqat laboratoriyası C seriyalı raundda 900 milyon dollar cəlb edib. Bu raund "Thrive Capital"in rəhbərliyi ilə baş tutub, "Andreessen Horowitz", "Accel" və "DST Global" da iştirak edib. Şirkət 10 milyard dollar dəyərində qiymətləndirilib.
May
"Snorkel AI" - Məlumat nişanlama texnologiyası üzrə ixtisaslaşan startap 29 may tarixində D seriyalı investisiya raundunda 100 milyon dollar cəlb edib. Şirkətə 1,3 milyard dollar qiymət verilib. Raund "Addition"un rəhbərliyi ilə baş tutub.
"LMArena" - Sİ modelləri üçün ictimai qiymətləndirmə platforması 21 mayda 100 milyon dollarlıq ilkin investisiya raundunu açıqlayıb. Startapa 600 milyon dollar qiymət verilib.
"TensorWave" - Las-Veqasda yerləşən Sİ infrastruktur startapı 14 mayda 100 milyon dollarlıq A seriyalı investisiya raundu alıb. "Magnetar Capital" və "AMD Ventures" tərəfindən birgə maliyyələşdirilib.
Aprel
"SandboxAQ" - 4 apreldə E seriyalı raundda 450 milyon dollar cəlb edərək 5,7 milyard dollar qiymətləndirilib. İnvestorlar arasında "Nvidia", "Google" və "Bridgewater Associates"in qurucusu Rey Dalio yer alıb.
"Runway" - Media istehsalı üçün Sİ modelləri yaradan şirkət 3 aprel tarixində 308 milyon dollar cəlb edib. "General Atlantic" raunda rəhbərlik edib, "SoftBank", "Nvidia" və "Fidelity" də iştirak edib.
Mart
"OpenAI" - 31 mart tarixində bağlanan investisiya raundunda 40 milyard dollar cəlb edərək rekorda imza atıb. Şirkətin dəyəri 300 milyard dollara çatıb. Raund "SoftBank" tərəfindən idarə olunub.
"Nexthop AI"- 25 martda A seriyalı raundda 110 milyon dollar cəlb edib. Raunda "Lightspeed Venture Partners", "Kleiner Perkins" və "Battery Ventures" rəhbərlik edib.
"Insilico Medicine" - Dərman kəşfi üçün generativ Sİ texnologiyası inkişaf etdirən şirkət 13 martda E seriyalı raundda 110 milyon dollar toplayıb. Şirkətə 1 milyard dollar qiymət verilib.
"Celestial AI" - Sİ infrastrukturu sahəsində fəaliyyət göstərən şirkət 11 martda 250 milyon dollarlıq C seriyalı raundla 2,5 milyard dollar dəyərində qiymətləndirilib. Raunda "Fidelity", "Tiger Global" və "BlackRock" qatılıb.
"Lila Sciences" - Elm sahəsində superzəkalı Sİ platforması yaratmaq məqsədi ilə 200 milyon dollarlıq ilkin investisiya raundu cəlb edib. "Flagship Pioneering" raunda rəhbərlik edib.
"Reflection.Ai" - Avtonom Sİ sistemləri inkişaf etdirən Bruklin mərkəzli startap 130 milyon dollar toplayıb. Şirkət "Lightspeed" və "CRV" tərəfindən dəstəklənib.
"Turing" - Sİ kodlaşdırma sahəsində fəaliyyət göstərən şirkət 7 mart tarixində E seriyalı raundda 111 milyon dollar cəlb edib və 2,2 milyard dollarla qiymətləndirilib.
"Shield AI" – Müdafiə sahəsində Sİ texnologiyası hazırlayan şirkət 6 martda 240 milyon dollar F seriyalı investisiya cəlb edib. Raunda "L3Harris Technologies", "Hanwha Aerospace" və "Andreessen Horowitz" qatılıb.
"Anthropic" - Böyük dil modelləri hazırlayan şirkət 3 mart tarixində 3,5 milyard dollar vəsait toplayıb. Şirkətin dəyəri 61,5 milyard dollara çatıb.
Fevral
"Together AI" – Generativ Sİ və açıq mənbə modellər üzrə çalışan startap 20 fevral tarixində 305 milyon dollar cəlb edib. Şirkət 3,3 milyard dollarla qiymətləndirilib.
"Lambda" - Sİ infrastrukturu üzrə ixtisaslaşmış şirkət 19 fevralda 480 milyon dollar toplayıb. Şirkət 2,5 milyard dollar qiymətləndirilib.
"Abridge" - Pasiyent-həkim dialoqlarını transkripsiya edən Sİ platforması 17 fevralda 250 milyon dollar cəlb edərək 2,75 milyard dollar qiymət alıb.
"Eudia" - Hüquq texnologiyası sahəsində fəaliyyət göstərən startap 13 fevralda A seriyalı raundda 105 milyon dollar toplayıb.
"EnCharge AI" - Sİ avadanlığı sahəsində çalışan şirkət də 13 fevral tarixində 100 milyon dollarlıq B seriyalı raund bağlayıb.
"Harvey" - Hüquqi texnologiya sahəsində fəaliyyət göstərən startap 12 fevralda D seriyalı raundda 300 milyon dollar toplayaraq 3 milyard dollarla qiymətləndirilib.
Yanvar
"ElevenLabs" – Sintetik səs texnologiyası üzrə çalışan şirkət 30 yanvar tarixində C seriyalı raundda 180 milyon dollar cəlb edib və 3 milyard dollarla qiymətləndirilib.
"Hippocratic AI" - Səhiyyə sahəsində böyük dil modelləri hazırlayan startap 9 yanvar tarixində 141 milyon dollar B seriyalı investisiya cəlb edib. Şirkətin dəyəri 1,6 milyard dolları ötüb.
Sərvanə Rəmixanova