AZ

ABŞ təyyarədaşıyan gəmisi İrana doğru: 30 dan artıq tanker...

Yenisabah saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Yaxın Şərqdə gərginlik pik həddə çatıb. ABŞ və İsrail İranın nüvə proqramına qarşı ciddi təzyiqlər göstərir və bölgədə hərbi qüvvələrini gücləndirir. İran isə geri addım atmaq niyyətində olmadığını və sona qədər müqavimət göstərəcəyini bəyan edir. 

Bu haqda Yenisabah.az saytına verdiyi açıqlamada politoloq Oqtay Qasımov bildirib ki, ABŞ prezidenti Donald Trampın son açıqlamaları prosesi daha da mürəkkəbləşdirib:

“Trampın İrana qeyri-şərtsiz təslim olun xəbərdarlığı, Xameneinin yerini bilirik, ancaq ona hələlik toxunmuruq təhdidləri ona hesablanıb ki, İran masaya dönsün və şərtləri qəbul edərək proqramdan imtina etsin. İran tərəfi bəyan edib ki, İsraillə, Xameneinin ifadəsi ilə desək, sionist rejimlə heç bir razılaşmadan söhbət gedə bilməz. İran xalqı sona qədər müqavimət göstərəcək.

İranın nüvə silahından istifadəsi olduqca ağır nəticələrə gətirib çıxara bilər. İran hal-hazırda mümkün qədər Amerikanın bu savaşa qatılmaması üçün çalışır. İsrail isə Amerikanın bu prosesə mümkün qədər tez qoşulmasını istəyir. Çünki hər iki tərəfin potensialı müəyyən bir müddətə qədərdir. İsrailin İranın ballistik raketlərinə qarşı dayana bilməsi bir qədər çətin idi, buna görə də Amerika İsrailə hava hücumundan müdafiə qüvvələri göndərir və dəstəkləyir. Lobbi tərəfindən də Tramp üzərində ciddi basqı var, çünki İsrailin rəsmi dəstəkçisi olan Amerikanın əyalətlərində olduqca çox İran əsilli insanlar yaşayır.

Hazırkı proses ona yönəlib ki, Amerika Birləşmiş Ştatları bölgədə öz qüvvələrini artırmaqdadır, baxmayaraq ki, İranla yaxın ərazilərdə, Körfəz ölkələri ətrafında 46 hərbi bazası var. Bu 46 hərbi bazada 70 min Amerika əsgəri xidmət etməkdədir və bu da olduqca böyük bir rəqəmdir. Həmçinin onlar bir təyyarədaşıyan gəmiyə malikdirlər, xeyli döyüş gəmiləri var. Həmçinin bir təyyarədaşıyan gəmi də İrana doğru hal-hazırda istiqamət alır. 30-dan artıq tanker təyyarəsi bölgəyə göndərilib. Bütün bunlar Amerikanın İranı masaya qaytarması üçün göstərdiyi səylərdir. Amma İranın bu masaya qayıdıb-qayıtmaması sual altındadır. Hazırkı durumda İranın bu proqramdan imtina etməsi rejimin intiharı demək olacaq.

Hazırkı durumda şübhəsiz ki, İran, İsrail və Amerika qarşısında kifayət qədər zəif durumdadır. Trampa savaşa qoşulmaqla bağlı edilən təzyiqlərlə bərabər çox ciddi müqavimət də var. Ona görə də Trampın verəcəyi qərar hal-hazırda çox ciddi maraqla gözlənilir. Savaşa qoşulma ehtimalı olduqca yüksəkdir, amma bu onların bu savaşa dəqiq qoşulacağı anlamına gəlmir. Çünki Amerikanın bu savaşa qoşulması müharibənin miqyasını çox geniş bir şəkildə böyüdər və daha dağıdıcı xarakter daşıyacaq. Hal-hazırda bunkerlərin, gizlənmə yerlərinin, tunellərin dağıdılması üçün lazım olan bunker bombaları yalnız ABŞ-da mövcud olduğu üçün İran Amerikanın bu prosesə qoşulmasını istəmir.

Bundan sonrakı bir sutka olduqca kritik bir əhəmiyyətə malikdir. Son açıqlamadan sonra Trampın bu müharibəyə artıq qatıldığı kimi görünən bu açıqlama olduqca kritik idi. O dedi ki, İranın hava sahəsinə tam şəkildə nəzarət edirik. İran üçün ən ciddi problem hal-hazırda hava nəzarətini tam şəkildə müdafiəsiz qoymasıdır".

Rəvan Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
yenisabah.az

3Mənbələr