AZ

Nazir müavini: “DOST to DOST” layihəsi gənclərin məşğulluq imkanlarını artırmağa xidmət edəcək bir təşəbbüsdür

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 19 iyun, AZƏRTAC

Son illərdə aparılan sosial islahatlar əmək münasibətləri sahəsini də əhatə edir. Əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, əmək və məşğulluq sahələri üzrə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm tədbirlər görülür. “DOST to DOST” layihəsi çərçivəsində təşkil olunan təlim proqramı gənclərin əmək münasibətləri ilə bağlı maarifləndirilməsində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev “DOST to DOST” layihəsi çərçivəsində “Əmək münasibətləri” adlı təlim proqramının bağlanış mərasimində çıxışı zamanı söyləyib.

O qeyd edib ki, həyata keçirilən bu cür layihələr gənclərin əmək bazarına inteqrasiyasını sürətləndirməklə yanaşı, onların hüquq və vəzifələri barədə məlumatlılığını da artırır. Nazir müavini bildirib ki, təlim proqramı çərçivəsində iştirakçılar əmək müqavilələrinin bağlanması, əmək şəraitinin təmin olunması, sosial sığorta sisteminə qoşulma və digər mühüm mövzularda biliklər əldə ediblər. Bu cür təşəbbüslər gələcəkdə daha geniş miqyasda tətbiq olunaraq gənclərin məşğulluq imkanlarını artırmağa xidmət edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azertag.az

2Mənbələr