AZ

İran İsraildə xəstəxananı vurdu

Hurriyyet.az xəbər verir ki, İranın raket zərbəsi İsraildə böyük bir xəstəxananı zədələyib. "Soroka" xəstəxanası Beer-Şeva rayonunda yerləşir. "Azad İran" "Teleqram" kanalının məlumatına görə, zərbə səhər saatlarında endirilib.

"Soroka" İsrailin böyüklüyünə görə üçüncü xəstəxanasıdır. Həmin binada həm də tibb universitetinin mərkəzi yerləşir. Xəstəxanın ölkənin cənubunda təqribən bir milyon sakinə tibb xidmətləri göstərdiyi bildirilir.

"Azad İran" kanalının məlumatına görə, İranın Tel-Əvivə endirdiyi ballistik raket zərbələri 7 obyekti zədələyib, 40 nəfər yaralanıb.

Hürr Tərcüman

 

Seçilən
12
1
hurriyyet.az

2Mənbələr