Bakı. Trend:
Son illərdə aparılan sosial islahatlar əmək münasibətlərisahəsini də əhatə edir.
Trend xəbərverir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniRəşad Mustafayev “DOST to DOST” layihəsi çərçivəsində “Əməkmünasibətləri” adlı təlim proqramının bağlanış mərasimində çıxışızamanı deyib.
O qeyd edib ki, əmək qanunvericiliyinin mütərəqqi beynəlxalqtəcrübə əsasında təkmilləşdirilməsi, habelə əmək və məşğulluqsahələrində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühümtədbirlər həyata keçirilir:
"“DOST to DOST” layihəsi çərçivəsində təşkil olunan təlimproqramı gənclərin əmək münasibətləri ilə bağlımaarifləndirilməsində mühüm rol oynayır. Bu cür təşəbbüslərgənclərin əmək bazarına inteqrasiyasını sürətləndirməklə yanaşı,onların hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsini dəartırır".
Nazir müavini əlavə edib ki, təlim proqramı çərçivəsindəiştirakçılar əmək müqavilələrinin bağlanması, əmək şəraitinin təminolunması, sosial sığorta sisteminə qoşulma və digər mühümmövzularda ətraflı biliklər əldə ediblər.
“Bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiqigənclərin məşğulluq imkanlarının artırılmasına ciddi töhfəverəcək”, – deyə o vurğulayıb.