İsmayıllıda qanunsuz tikili sökülüb
İsmayıllıda qanunsuz tikili sökülüb. Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Rayon İcra Hakimiyyəti tərəfindən şəhərin S.Mehdiyev küçəsində fiziki şəxs İbrahimov Vasif Ədalət oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.